Çərşənbə günü 20 Noyabr 2019

Təhsil

ADAU-da 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub

Gülnar Fazilqızı - 19/10/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı Tələbə evində "18 oktyabr – Dövlət Müstəqilliyi Günü"nə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycanın müstəqillik tarixinə nəzər salınıb, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışılıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin təlim tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ümummilli lider Heydər Əliyev, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.  Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın səsi qısa müddətdə ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Prorektor bildirib ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. 

Sonda tələbələrin çıxışı dinlənilib və  18 oktyabr – Milli Müstəqillik günü ilə bağlı videoçarx izlənilib.

Photogallery

HIfm7NxrDQ HvKDOCAKiT MdyEBCG3eJ PdyB43sl1a

Hadisə