Çərşənbə axşamı 12 Noyabr 2019

Təhsil

İstanbul universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçib

Surxay Məmmədzadə - 17/10/2019

İstanbul universitetinin Su bilimləri fakültəsinin müəlimi, doktor dosent Farhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib.

Bu da təbii ki, hər iki universitet arasında bağlanan müqaviləyə əsasən  mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin balıqçılıq üzrə mütəxəssislərlə təminatının yaxşılaşdırılması prioritetlərdəndir. Bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istqamətlərindən biri də məhz Türkiyənin aparıcı ali təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıqdan keçir.

Mühazirələr və təcrübə saatları oktyabrın 12-dən 19-na kimi keçiləcək. Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti,  qəfəs yetişdirilməsi və digər mövzularda mühazirlər dinləyəcək, təcrübə dərsləri keçəcəklər. Bu gün keçilən təcrübə dərsində isə tələbələr Afrika naxasının daxili quruluşunu öyrəniblər.

Photogallery

71923488 2583774685048804 5938250748709044224 N 72631986 2583774618382144 5009609451297046528 N 72334956 2583774581715481 505982357610692608 N

Hadisə