Çərşənbə günü 20 Noyabr 2019

Təhsil

Gəncə şəhərində yeni istifadəyə verilən FRİT liseydə ilk tədbir keçirilib

Sənubər Qocayeva - 17/10/2019

«Kitabların həyatımızdakı rolu» adı altında baş tutan tədbirdə yeni tədris ocağının müəllim və şagird kollektivi ilə yanaşı şair və yazıçıları iştirak edib.

Şagirdlərin böyük marağına səbəb olan tədbiri giriş sözü ilə məktəbin təşkilatı işlər üzrə direktor müavini  Lamiyə Bayramova açaraq kitab oxumanın əhəmiyyətlərini qeyd edib. Daha sonra ədəbiyyat xadimləri Qərib Mehdi, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zülfiyyə Yaqub, Saida Yaqub qızı, Gülnarə Sadiq öz çıxışlarında müasir dövrdə mütaliəyə diqqət etməyin əhəmiyyətindən söz açıblar. Eyni zamanda şairlər öz şeirlərini səsləndiriblər.

Tədbirin sonunda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Növranə Paşayeva çıxış edərək şagirdlərə öz tövsiyələrini verdi qonaqların hədiyyə gətirdikləri kitabları şagirdlərə təqdim edib.

Qeyd edək ki, FRİT lisey Gəncə şəhərində 2019-cu ilin sentyabrında fəaliyyətə başlayıb. Gənc və istedadlı müəllim Rəşad Qədirovun rəhbərliyi altında fəaliyyət göstərən liseydə Gəncə şəhərinin xüsusi istedada malik müəllimləri fəaliyyət göstərir.

Photogallery

73052925 3366978249986528 329450890983374848 N 72722760 417999945570094 3137172498160812032 N 72304843 2624380007583190 3620280250795032576 N 73148999 2361385994116445 5916206537004548096 N 73226016 793765697745695 5871325026409512960 N

Hadisə