Çərşənbə günü 20 Noyabr 2019

Mədəniyyət

Kids Fashion Ganja 2019

Gülnar Fazilqızı - 16/10/2019

Gəncədə "Kids Fashion 2019" layihəsinin yekun tədbiri baş tutub. Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə 65 model 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız-qış kolleksiyasını nümayiş etdirib. Layihənin adından da bəlli olduğu kimi, podiuma çıxanlar uşaqlar olublar.

Yarışda kastinqlərə qatılan 1200 model arasından seçilən 65 nəfər iştirak edib. Modellər 4-6, 7-9 və 10-14 yaş aralıqlarında olmaqla, 3 kateqoriya üzrə mübarizə aparıblar.

Yarışın təşkilatçısı Aygün Əliyeva bildirib ki, hazırlıq prosesi 3 ay çəkib. Bu müddət ərzində uşaqlara model dərsləri verilib, onları geyimləri hazırlanıb. Yarışmanın məqsədi istedadalı uşaqları tanıtmaqla bərabər, gənc modelyer-dizaynerlərin əl işlərini təqdim etməkdir.

İştirak edənlərin 40 nəfərini qız, 25-ni isə oğlanlar təşkil edib. Tədbirdə Azərbaycanın məhşur simaları, modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər, Əməkdar- İncəsənət xadimi Modelyer-Dizayner Fəxriyyə Xələfova da iştirak edib. O bu yarışmada da ənənəvi olaraq, münsiflər heyətində sədr olub.

Əməkdar incəsənət xadimi, modelyer-stilist Fəxriyyə Xələfova qeyd edib ki,  Gəncə ictimaiyyəti bu tədbirə çox böyük maraqla yanaşıb Uşaqlar, gənclər bizim gələcəyimizdir. Uşaqlar bu tədbirdə iştirak edərək, yeni emosiyalar, dostluqlar qazandılar.

Podiumda şou göstərən balacalar arasında qalibləri seçmək üçün 10 ballıq sistemlə səsvermə keçirilib. Hər yaş kateqoriyasından 3 model 1-ciliyə layiq görülüb.

Bir-birindən fərqli uşaq geyim kolleksiyalarının təqdim olunduğu gecədə həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

 

Photogallery

XB  2757 XB  2738 XB  2758 XB  2734 XB  2772 72307564 2348802515437400 5443855620157472768 N

Hadisə