Çərşənbə günü 20 Noyabr 2019

QHT

Gəncədə “Sosial və İqtisadi Rifaha Yardım” İB tərəfindən təlim keçirilib

Sənubər Qocayeva - 15/10/2019

“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 4-cü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Regionda bloggerlik/vloggerlik fəaliyyətinin inkişafı üçün video dərslərin hazırlanması və təbliği” layihəsini icra edib.

Layihənin məqsədinə uyğun olaraq bloggerlik/vloggerlik fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan dilində başa düşülən tərzdə video dərs hazırlanıb. Layihə yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Gəncədə Gənclər evində keçirilib. Qeyd olunan fəaliyyət haqqında maarifləndirmə, təbliğat işləri aparılıb. Hazırlanan video dərsliyin təqdimatı keçirmək Tədbirdə Azərbaycan Texnologiya Universitetindən 60 nəfər tələbələrinə hazırlanan video dərsliyin təqdimatı olub. İştirakçıya videoların hazırlanması və təqdimatı haqqında geniş məlumat verilib, müzakirə aparılıb və hazırlanan video dərslik paylanılıb.

Qeyd edək ki, izləyicilərin yarana biləcək suallarını cavablandırmaq üçün həmin materiallar "Youtube" portalında yerləşdirilib.

Photogallery

GƏNCƏ GE 2 GÖYGÖL 2 GÖYGÖL 1 GÖYGÖL 3 UTECA 2 UTECA 3 UTECA 4 UTECA 1

Hadisə