Çərşənbə günü 20 Noyabr 2019

QHT

“Odlar Yurdu” GİB ilə Gəncə Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb

Sənubər Qocayeva - 15/10/2019

Memorandum “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın qarşıya qoyduğu müvafiq vəzifələri və onların həyata keçirilməsi məqsədilə tərtib olunmuş “Tədbirlər Planı”nın müvafiq bəndlərini nəzərə alaraq imzalanıb.

Gəncə Tibb Kollecinin direktoru Azərbaycan Respublikasının əməkdar həkimi Rzayev Mehman və “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi respublikanın qərb bölgəsində ali və orta ixtisas təhsil müəssisələrində, icmalarda, məktəblərdə gənclər arasında sağlam həyat tərzi, könüllü qan donorluğu, fiziki aktiv həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, pis vərdişlərlə mübarizə və s. mühüm mövzularda maarifləndirmə tədbirlərinin keçirilməsi, bilikləri artırılması və davranışlarının təkmilləşdirilməsidir.

Photogallery

72239471 2139263543041593 6399539324450242560 N 73504711 464248997517527 4048918167324459008 N

Hadisə