Çərşənbə günü 20 Noyabr 2019

Təhsil

Azərbaycanda ilk dəfə 'Startup Grind' tədbiri Gəncə Dövlət Universitetində keçirilib

Sənubər Qocayeva - 11/10/2019

SUP.VC şirkətinin təşkilatçılığ, Google for Startups, İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi, Bank Respublikanın dəstəyi ilə Azərbaycanda ilk dəfə “Startup Grind” tədbiri Gəncə şəhərində GDU-da baş tutub.

Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşdə İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, SUP.VC şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak ediblər.

Tədbiri rektorun baş müşaviri Asif Cavadov açaraq son illərdə Gəncə Dövlət Universitetinin əldə etdiyi uğurlardan bəhs edib.

Daha sonra Gəncə Dövlət Universiteti ilə İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi arasında birgə əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirən memorandum imzalanıb.

Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıblar.

Bildirilib ki, Startup Grind –2 000 000-dan çox sahibkarlara fəal təlimlər verən, həvəsləndirən və bir yerdə toplayan böyük, müstəqil startap cəmiyyətidir. 125-dən çox ölkədə tədbirlər keçirərək, sosial media və Google for Startups kimi əməkdaşlıq əlaqələrindən istifadə edərək startapların ekosistemini inkşaf etdirir.

Startup Grind – də böyük şirkətlərin yaradılması yolunda öyrənilən dərsləri bölüşən yerli təsisçilər, novatorlar, pedaqoqlar və investorların iştirakı ilə aylıq tədbirlər təşkil olunur.

Silicon Valley – də qurulan Startup Grind, milyonlarla sahibkarın öz biznesini qurmasına, strateji tərəfdaşlarla əlaqə yaradmasına və maliyyə təmin etməsinə kömək edib.

Tədbirin sonunda spikerlər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Photogallery

DSC 6009 570x428 DSC 6005 570x428 DSC 6042 570x428 DSC 6014 570x428 DSC 6030 570x428

Hadisə