Çərşənbə günü 20 Noyabr 2019

Cəmiyyət

Gəncədə 20 çoxmərtəbəli yaşayış binasının fasad hissəsi yenilənib

Sənubər Göyüşqızı - 11/10/2019

İqtisadiyyatı inkişaf edən ölkənin vətəndaşlarının yaşam standartları da dəyişir. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, qeyri-neft iqtisadiyyatında baş verən müsbət dəyişikliklər də bu mənada əhalinin həyat tərzinə birbaşa təsir edib. Yeni iqtisadi şəraitə uyğun aparılan islahatlar isə əhalinin gəlirlərinin artmasına, paytaxtla yanaşı bölgələrin də inkişaf etməsinə təsir edir.

Belə dinamik inkişaf edən şəhərlərdən biri də özünün qədimliyi, sosial-iqtisadi uğurları ilə seçilən Gəncədir.

Təkcə ötən il ərzində şəhərdə bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir edilib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib. Şəhər memarlıq idarəsinin hazırladığı xüsusi layihəyə uyğun olaraq 20 çoxmərtəbəli yaşayış binasının fəsad hissəsi yenilənib. Şeyx Bahəddin, Üzeyir Hacıbəyov, Bayraq meydanı, Dədə Qorqud küçələrində, eləcə də Atatürk, Şah İsmayıl Xətai prospektlərində olan binalar yeni görkəmi ilə gündən-günə gözəlləşən, müasirləşən qədim Gəncəmizə yaraşıq verir.

Hadisə