Çərşənbə axşamı 22 Oktyabr 2019

Siyasət

Naqif Həmzəyev: 'Baş Nazir vəzifəsinə təyinat ölkədə aparılan islahatların davamıdır'

Sənubər Göyüşqızı - 10/10/2019

2019-cu ilin ilk günlərindən uğurla həyata keçirilən social islahatlar dünya siyasətində öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində kadr islahatları ilə davam edir.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.  Millət vəkili bildirib ki, ölkənin gələcək dinamik və davamlı inkişafına, idarəetmənin təkmilləşdirilməsinə xidmət edən kadr islahatları dövlət Başçısının genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının  davamı kimi qəbul edilir. Həmçinin Prezident İlham Əliyevin dövlət idarəçiliyi sistemininin təkmilləşdirilməsi istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımları ilk növbədə, xalqın və dövlətin maraqlarına, milli mənafelərə hesablanır.

Bu baxımdan ölkəyə yeni Baş Naziri vəzifəsinə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Əsədovun təyin edilməsi ölkədə həyata keçirilən sosial iqtisadi islahatların, yeni layihələrin reallaşmasına öz töhfəsini verəcək- deyə millət vəkili bildirib.

Hadisə