Şənbə 23 Noyabr 2019

İdman

Gəncədə 'Sağlam gənclik naminə' adlı layihə keçirilib

Gülnar Fazilqızı - 09/10/2019

Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə "Sağlam gənclik naminə" adlı layihənin tədbiri gerçəkləşib. Tədbir Gəncə şəhərində fəaliyyət göstərən 21 nömrəli tam orta məktəbdə baş tutub. Layihənin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların aradan qaldırılmasından ibarətdir.

Tədbirdə  Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə, Gənclər Evi SXM-nin direktoru Amil Qurbanov, Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi Raminə Məmmədova, Gəncə Regional Ombudsman Mərkəzinin rəhbəri Səbuhi Abbasov, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional şöbəsinin baş müvəkkili, mayor Rafiq Əhmədov və Gəncə şəhər Narkoloji Dispanserinin həkimi Etibar Xəlilov iştirak edib.

Çıxışlarda narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən bəh edilib.Habelə insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadları haqında məlumat verilib. 

Tədbirin sonunda sosial videoçarx izlənilib.

Yeniyetmələrə layihə ilə bağlı məlumat vərəqələri təqdim olunub.

Photogallery

72206850 2325786437470229 5957821875294830592 N 72253454 2325782624137277 8917282963347996672 N 72283781 2325773587471514 7556842730786127872 N 72557845 2325784540803752 3053271098012467200 N 72563570 2325768254138714 1899041788748890112 N 72565999 2325775827471290 7915907228001894400 N 71723241 2325778577471015 5090515644332376064 N 72193155 2325781574137382 888481008142254080 N

Ən çox oxunan

Hadisə