Çərşənbə axşamı 22 Oktyabr 2019

Cəmiyyət

Niyazi Bayramov sakinlərin problemlərini fərdi şəkildə dinləyib

Sənubər Qocayeva - 09/10/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov adəti üzrə sakinlərlə fərdi qəbullar keçirir, onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir. Qəbulda Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

İşlə təminat, fərdi yaşayış evinin təmiri, dərman preparatları ilə təminat,müalicə almaq üçün maddi  köməklik göstərilməsi, habelə bəzi küçələrdə ad lövhələrinin vurulması məsələləri müraciətlərin əsasını təşkil edib. Sakinlər arasında şəxsi problemlərinin həlli üçün müraciət edənlər də olub.

Vətənşların hər birinin müraciəti fərdi şəkildə dinlənilib. Səsləndirilən əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Photogallery

EP6A1270 EP6A1294 EP6A1287

Hadisə