Çərşənbə axşamı 22 Oktyabr 2019

Təhsil

BMT-nin qida hüququ üzrə məruzəçisi ADAU-da olub

Sənubər Göyüşqızı - 08/10/2019

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver qida hüququnun təmin edilməsində hökumətin göstərdiyi səyləri araşdırmaq məqsədilə Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Görüşdə universitetin prorektoru, dosent Anar Hətəmov, səfərdən məmnunluğunu bildirərək, universitetin maddi-texniki bazası, təhsil şəraiti, beynəlxalq əlaqələri və layihələri barədə qonaqlara məlumat verib. Xanım Hilal Elver universitetdə yaradılan şərait, aqrar təhsilin əhəmiyyəti, kənd təsərrüfatının inkişafında özəl sektorun rolun, torpaq üzərində mülkiyyət hüququ, ətraf mühit məsələləri və iqlim dəyişiklikləri, habelə  perspektivə ADAU ilə birgə həyata keçiriləcək layihələr barədə danışıb.

Photogallery

71795491 2564752963617643 4936339804603285504 N 71764501 2564753370284269 525916855609589760 N 71940718 2564753086950964 5997660097851949056 N

Hadisə