Çərşənbə axşamı 22 Oktyabr 2019

İdman

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydanın salınma prosesi başa çatır

Sənubər Qocayeva - 08/10/2019

Gəncə şəhər stadionunda yeni süni örtüklü futbol meydanının salınma prosesi son mərhələyə qədəm qoyub. a

Artıq meydan üçün nəzərdə tutulan ərazidə qazonun döşənməsinə start verilib.

Qaydaya uyğun olaraq, əvvəlcə asfalt örtük üzərinə xüsusi yumşaldıcı vasitə olan şokpet vurulur və daha sonra süni qazon döşənir. Meydan uzunluğu 105, eni isə 68 metr olmaqla, standart ölçülərə malikdir. Futbol infrastrukturunun inkişafı məqsədi ilə həyata keçirilən layihəni AFFA icra edir.

Süni meydança hazır olduqdan sonra “Kəpəz”in əsas komandası ilə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandaları da burada məşq edib, oyunlara çıxa biləcəklər.

Hadisə