Çərşənbə axşamı 22 Oktyabr 2019

Cəmiyyət

Mehriban Əliyeva: “Müəllimlik olduqca hörmətli peşədir”

GanjaNews - 05/10/2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Instagram” səhifəsində Azərbaycan müəllimlərini təbrik edib.

Təbrikdə deyilir: 

“Əziz müəllimlərimiz, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

“Report”

Hadisə