Çərşənbə axşamı 22 Oktyabr 2019

Təhsil

Gəncənin müəllimləri təltif ediliblər

Sənubər Qocayeva - 04/10/2019

Prezident İlham Əliyev təhsil işçilərini peşə bayramı münaibəti ilə medal və fəxri adlarla təltif edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən ölkəmizdə fəaliyyət göstərən bir qrup təhsil işçisinə  "Tərəqqi" medalı və fəxri ad verilib.

Sərəncama əsasən Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru  Ələkbərova Sevinc İkram qızı və 38 nömrəli tam orta məktəbin müəllimi Həbibli Samir Çingiz oğlu "Tərəqqi" medalı ilə təltif edilib. Gəncə şəhər Mir Cəlala Paşayev adına 39 nömrəli tam orta məktəbin müəllimi Möhsümova Aybəniz İlyas qızına "Əməkdar müəllim" fəxri adı verilib. 

Bu münasibətlə Ganjanews.az saytının kollektivi adından təhsil işçilərini təbrik edir, onlara uğurlar arzu edirik!

Hadisə