Çərşənbə axşamı 22 Oktyabr 2019

Təhsil

Sevinc Ələkbərova 'Tərəqqi' medalı ilə təltif edilib

Sənubər Qocayeva - 04/10/2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə şəhər Uşaq-Gənclər inkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova "Tərəqqi" medalına layiq görülüb.

27 il pedaqoji stajı olan Sevinc Ələkbərova gəncəlilərin sevimli müəlliməsi olduğunu desək yanılmarıq. Şərəfli peşə sahibi olan Sevinc xanım bu illər ərzində ölkəmizə bir çox savadlı kadrlar yetişdirib. O uzun illər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə Uşaq birliyinin rəhbəri, habelə 44 saylı məktəb-lisey kompleksində ibtidai sinif müəlliməsi olaraq çalışıb. Daha sonra Gəncədə fəaliyyət göstərən İnteqrasiya tipli gimnaziyada Tədris işləri üzrə direktor müavini işləyib. Hər zaman çalışdığı sahədə yeniliklər etməyi bacaran Sevinc Ələkbərova 2011-ci ildən Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışır. 

Ganjanews.az saytının kollektivi adından Sevinc xanımı təbrik edir, işlərindən uğurlar və yeni-yeni nailiyyətlər diləyirik!

Hadisə