Çərşənbə axşamı 22 Oktyabr 2019

Cəmiyyət

Niyazi Bayramov növbəti dəfə gənclərlə görüşüb

Sənubər Qocayeva - 03/10/2019

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov mütamadi olaraq gənclərlə görüşür. Növbəti belə görüş Gəncə “Gənclər Evi”ndə olub. Görüşdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, “Gənclər Evi”nin direktoru Amil Qurbanov, universitet və kolleclərdə fəaliyyət göstərən TGT sədrləri, habelə gənclər iştirak edib.

Niyazi Bayramov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. O qeyd edib ki, gənclər öz potensiallarından cəmiyyətin inkişafı üçün istifadə etməlidirlər. Onların asudə vaxtlarının  səmərəli təşkili də vacib amillərdən biridir. Bu istiqamətdə “Gənclər Evilərinin” mühüm rolu var.  Niyazi Bayramov bildirib ki, “Gənclər evləri”nin əsas məqsədi  gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Gəncə Şəhər Gənclər və İdman idarəsinin baş direktoru Müşviq Cəfərov qeyd edib, 4 may 2016-cı il tarixdə istifadəyə verilən Gəncə “Gənclər Evi”ndə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. O qeyd edib ki, burada fəaliyyət istiqamətini əsasən qeyri-formal təhsil, sağlam həyat tərzi, gənclərin iştirakı, psixososial dəstək, peşə seçimi, informasiya-məsləhət, asudə vaxtın təşkili, könüllülük hərəkatı və digərləri təşkil edir. 

Daha sonra şəhər rəhbəri “Toxuculuq və tikiş dərnəyi”,  “Ünsiyyət klubu”, “Gənc iqtisadçılar klubu”, “Gənclərin intellektual klubu”, “İnformasiya guşəsi”, akt zalı, toplantı zalı, elektron kitabxana və kitab saxlama otaqlarında olub və bu xidmətlərdən yararlanan gənclərlə söhbət aparıb.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.

Photogallery

+G72A0056 +G72A0069 +EP6A0389 +EP6A0428

Hadisə