Çərşənbə axşamı 22 Oktyabr 2019

QHT

Ahıllar üçün günərzi qayğı mərkəzində maarifləndirmə və hüquqi yardım işləri aparılıb

Sənubər Qocayeva - 02/10/2019

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları “Ahıllar üçün günərzi qaygı mərkəzi”ndə maarifləndirmə və hüquqi yardım fəaliyyətini həyata keçiriblər.

1 oktyabr 2019-cu il Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və baş məsləhətçisi Emil Şəmmədli  “Təmas” RİİB-nin nəzdində   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maiyyə yardımı ilə fəaliyyət göstərən  “Ahıllar üçün günərzi qaygı mərkəzi” ni ziyarət ediblər.

 Görüşdə  Ombudsmanın Gəncə Regional Mərkəzi haqqında məlumat verilib, bukletlər paylanılıb. Ahıllarla  söhbərlər aparıldıqdan sonra  müraciət edənlərə hüquqi məsləhətlər verilib.

 

Photogallery

6b41964b 8434 4992 974c 9201e9de7628 Ce59308e 7ec1 4afa B065 1ec5501a95a6

Hadisə