Çərşənbə axşamı 22 Oktyabr 2019

QHT

“Qadınların Liderliyi üzrə Yay məktəbi” layihəsi həyata keçirilib

Gülnar Fazilqızı - 02/10/2019

Gəncə Regional Qadın Mərkəzi tərəfindən “Qadınların Liderliyi üzrə Yay məktəbi” layihəsi həyata keçirilib. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və Counterpart İnternəşnl təşkilatı tərəfindən maliyyələşdirilib. Layihənin əsas məqsədi gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir.

Layihədə əsas hədəf qrupları gənc qızlar olub. Müraciət edən 96 qızdan 15 nəfəri layihəyə cəlb edilib. Yay məktəbində Bakı, Gəncə, İmişli, Ağdam, Kəlbəcər, Göygöl, Goranboy, Mingəçevir və Şəmkirdən olan gənc xanımlar iştirak ediblər. Göygöl rayonunun Toğana kəndində təşkil olunan 10 günlük düşərgədə qızlar liderlik, şəxsi və peşəkar inkişaf, gender hüquqarı, marketing, ictimaiyyətlə əlaqələr, biznes bilikləri əldə ediblər.

Layihənin II mərhələsində iştirakçıların Bakıya 3 günlük səfəri baş tutub. Səfər çərçivəsində Heydər Əliyev Mərkəzi ziyarət edilib, Milli Məclisdə millət vəkilləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, başda komitə sədri Hicran Hüseynova olmaqla, komitədə müxtəlif rəhbər vəzifədə çalışan qadınlarla görüşlər keçirilib. Gənc qızlar layihə çərçivəsində həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında və Bakı Tekstil tikiş fabrikində, ADA universitetində olublar.

  

 

Photogallery

70939339 2438459769525222 7078572709055037440 N 71147428 2547112785404025 6360054397312958464 N 71182864 410092939689828 1129309535350030336 N 71582321 490072264878818 5024478142744494080 N 70990570 2438459576191908 5288847810903408640 N

Hadisə