Çərşənbə axşamı 22 Oktyabr 2019

QHT

“Gələcəyə Körpü” GİB yeni layihənin icrasına başlayıb

Sənubər Qocayeva - 02/10/2019

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərdən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir. Layihə çərçivəsində ilk seminar Gəncə SOS Uşaq Kəndində baş tutub. Seminarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərindən qorunma üsulları barədə məlumat verilib.

Photogallery

IMG 9519 IMG 9520

Hadisə