Çərşənbə axşamı 22 Oktyabr 2019

QHT

Gəncədə “Ahıllar üçün günərzi qayğı mərkəzi” fəaliyyətə başlayıb

Sənubər Qocayeva - 01/10/2019

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncədə “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətini davam etdirir.

Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, artıq mərkəzə 30  ahıl qadın və kişi cəlb olunub. Onların cəmiyyətə inteqrasiya olunmaları üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Belə ki,  ahılların psixoloji durumu qiymətləndirilir onlara gündəlik inkişaf xidmətləri göstərilir, psixoloji dəstək və məsləhətlər verilir. Layihəyə cəlb olunan pedaqoq tərəfindən ahıllarla maarifləndirmə işi təşkil edilir, mərkəzə cəlb edilən ahılların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər müzakirə edilir. Ayda iki dəfə onlar üçün ekskursiyalar təşkil olunur.  

Gəncə şəhərində  belə bir mərkəzin fəaliyyət göstərməsi çox əhəmiyyətlidir. Mərkəz ahıl yaşda olan insanların  bir yerə toplanması, ünsiyyət qurması, müxtəlif mövzularda müzakirələr aparması, şəxsi təcrübələri ilə bölüşməsi,  asudə vaxtlarını daha səmərəli keçirmələri üçün əvəzolunmaz bir məkandır.

Photogallery

233f92e4 75d5 4ffb A78a E87622f93f84 A3b96706 3dca 4286 9ec3 6222fe44dea6 5e2d7b7d 4af3 4ec4 8879 9bd79cdb8346

Hadisə