Çərşənbə axşamı 22 Oktyabr 2019

İdman

AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib

Sənubər Qocayeva - 30/09/2019

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlarla, maraqlı tryuklarla yadda qalıb.

 “V1 Challange Gəncə” yarışına “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar qatılıb.

Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fonteyn, “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.

Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.

Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.

Viktorina başa çatdıqdan sonra “Volkicar” avtomobillərinin yarışı keçirilib.

Avtomobillərin çıxışı Gəncə sakinləri tərəfindən yüksək coşqu ilə qarşılanıb.

Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev birinci, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olublar.

“V1 Challange” yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yeri əldə ediblər.

Sonda qaliblərə kuboklar təqdim olunub.

Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu tədbirlər çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə həsr olunan təlimlər təşkil ediləcək.

Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaqlar. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.

Photogallery

71459427 2418100254910485 6121785610484056064 N 71259530 2418100721577105 1502687483526119424 N 71760760 2418100778243766 1994282362120175616 N 71824614 2418100388243805 6315526392591155200 N 71927530 2418100348243809 6366532376226430976 N 71594945 2418101181577059 2018930685510680576 N 70166915 2418100601577117 5203211243967479808 N

Hadisə