Çərşənbə axşamı 22 Oktyabr 2019

QHT

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi yeni layihə icra edir

Sənubər Qocayeva - 26/09/2019

Layihə uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi məqsədi daşıyır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı layihəsinin silsilə tədbirləri keçirilir. 

Layihə rəhbəri Lamiyə İsazadə lyihə haqqında geniş məlumat verib. Bildirilib ki, son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ - məişət zorakılığı haqqında tez-tez rast gəlinir. Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır.

Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirməkdir. Məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq, bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir. Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə,  buna  ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir.

Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılıq üstünlük təşkil edir. "Uşaq hüquqları konvensiyası" na qoşulmağımıza, "Uşaq hüquqları haqqında" qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər. Uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icrasını zəruri hesab edilir.

Qeyd edək ki, layihə çərçivəsində dörd şəhər və rayonda bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulub (Bakı, Gəncə, Tərtər və Şəmkir).

Photogallery

IMG 8887 IMG 8893 IMG 8898 IMG 8933 IMG 8926 IMG 8825

Hadisə