Çərşənbə axşamı 22 Oktyabr 2019

QHT

Gəncədə Beynəlxalq layihənin təqdimatı keçirilib

Sənubər Qocayeva - 25/09/2019

Gəncədə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin tərəfdaşlığı ilə “Sahibkar region gəncləri şəbəkəsinin birləşdirilməsi üçün birgə təşkilatçılıq” layhəsinin təqdimatı keçirilib. Tədbirdə “Sahibkar region gəncləri şəbəkəsinin birləşdirilməsi üçün birgə təşkilatçılıq” layhəsinin ümumi koordinatoru Olha Oliinik, ”Gəncə Avropa Gənclər Paytaxtı 2016” İB-in idarə heyətinin üzvü, layihənin yerli koordinatoru Şəhriyar Hacıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin müdiri Müşfiq Cəfərov, xarici qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Şəhriyar Hacıyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, layihənin əsas məqsədi gənclərin işsizliyini azaltmaq və Şərq Tərəfdaşlığı ölkələrində region gənclərinin sahibkarlıq potensialının inkişafına kömək etməkdir.

Daha sonra Olha Oliinik çıxışı zamanı “Sahibkar region gəncləri şəbəkəsinin birləşdirilməsi üçün birgə təşkilatçılıq” layhəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, əsas hədəf Azərbaycan, Ukrayna və Gürcüstandan olan 18-30 yaş arası gənclərin liderlik bilik və bacarıqlarını inkişaf etdirmək, yeni üsullarla region gənclərinə və gənc sahibkarlara dəstək olmaqdır. Həmçinin, onlayn təlimlər vasitəsi ilə sahibkarlıq təhsilini təbliğ etmək, təcrübələri paylaşmaqla regionlarda gənc sahibkarların şəbəkəsini yaratmağa dəstək olmaqdır.  Olha Oliniik onu da qeyd edib ki, layihəyə Fransa, İtaliya və Polşadan da nümayəndələr cəlb olunub ki, bu da onların təcrübəsindən yararlanaraq gələcəkdə həmin regionlar arasında əməkdaşlığın gücləndirilmsinə xidmət edəcək.

Daha sonra layihənin əsas fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verilib. Gənc sahibkarlar üçün veb–platformalar yaradılacaq, onlayn təlimlər keçirilcək, sahibkarlıq klubları və mentor proqramlar hazırlanacaq. İlkin mərhələlərdə gənc nümayəndələr İtaliya və Polşa sahibkarlıq müəssisələrinə səfər edəcək, bir sıra görüşlər keçirəcəklər.

Görüş zamanı növbəti il ərzində görüləcək işlər müzakirə edilib və təsdiqlənib.

Photogallery

G72A0565 G72A0563 G72A0569 G72A0581 G72A0583 G72A0564

Hadisə