Çərşənbə axşamı 22 Oktyabr 2019

İdman

İlqar Nadiri “Kəpəz”in icraçı direktoru təyin edilib

Sənubər Qocayeva - 24/09/2019

“Kəpəz” Peşəkar Futbol Klubuna yeni təyinat olub. Klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb.

Gənc klub rəhbəri ötən ilin sonlarında Elnur Camalxanovun istefasından sonra boşalan postu tutub. İlqar Nadiri artıq 3 gündür ki, Gəncə klubunda vəzifəsinin icrasına da başlayıb.

“Kəpəz”in yeni icraçı direktoru azarkeşlərə çağırış da edib: “Gəncə azarkeşləri hər zaman futbola sevgiləri ilə tanınıblar. Mən fanatlarımızı stadiona komandamıza dəstək verməyə dəvət edirəm. Bu gün “Kəpəz”in yanında daha çox olmalıyıq. Futbolçuların azarkeş dəstəyinə böyük ehtiyacı var. Bu, onları ruhlandıra, qələbələrə həvəsləndirəcək”.  

İlqar Nadiri Gəncədə yerli futbol mərkəzinin həmtəsisçisidir. O,  bu ilin aprel-iyun aylarında Mini Futbol Liqasının Nizami yurdunda təşkil etdiyi “Gəncə Kuboku” turnirinin təşkilat komitəsində yer alıb.

Hadisə