Çərşənbə axşamı 22 Oktyabr 2019

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının nümayəndələri 2-ci Maltəpə Uluslararası Tiyatro Festivalında

Sənubər Qocayeva - 19/09/2019

İstanbulun Maltəpə bələdiyyəsinin təşkilatçılığı ilə sentyabrın 11-15 tarixlərində 2-ci Maltəpə Uluslararası Tiyatro Festivalı keçirilib. Festivalda 29 yerli teatr, 10 xarici dövlətin teatr kollektivi iştirak edib. Festival Beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən izlənilib. Münsiflər heytində Azərbaycandan Gəncə Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədov da yer alıb. Festivalın Azərbaycan üzrə koordinatoru Gəncə Dövlət Dram Teatrının aktyoru Fəxri Mədəniyyət İşçisi Yusif Cəfərov olub.

Festivalda ən önəmli məsələlərdən biri və birincisi hələlik 7 ölkənin təmsilçiliyi ilə Avrasiya Teatrlar İttifaqının yaradılması olub. Bu İttifaqın təmsilçiləri Azərbaycan Gəncə Dövlət Dram teatrının  aktyoru Yusif Cəfərov, Türkiyə - Maltəpə Bələdiyyə Teatrının Bədii rəhbəri Kubilay Erdelikara, Şimali Kipr Türk Cümhuriyyətinin Girnı BələdiyyəTeatrının Bədii rəhbəri Dərman Atık, Ukrayna Herson Teatrının direktoru Aleksandr Kniqa, Özbəkistan Dövlət Universitetinin Sənətşünaslıq üzrə doktoru Aybek Kopadze, Ruminya Quen Mari Teatrının meneceri Elvira Rumbi, Gürcüstan Özürgeti Dövlət Dram Teatrının bədii rəhbəri Vasili Çikakidze olublar.

Festival komitəsi tərəfindən təsis edilmiş 10 nominasiya üzrə mükafatlandırılma isə festivalın bağlanışında öz sahiblərinə təqdim edilib.

1. ƏN YAXŞI TAMAŞA : Ruminya Quen Mari Teatrı (T. Cücenoğlu "Uçqun" tamaşası)

2. ƏN YAXŞI REJİSSOR İŞİ : Əskişəhər Sui-Generis Teatrı ("12 əsəbi" tamaşasının rejissoru Hakkı Kuş)

3. ƏN YAXŞI KİŞİ ROLU (Şimali Kipr T. C. Girnə Bələdiyyə Teatrının aktyoru Cenk Gürçağı "2-ci küçənin məhkumu" tamaşasındakı roluna görə)

4.ƏN YAXŞI QADIN ROLU: Tamar Mdinaradze ( Gürcüstan Özürgeti Dövlət Dram Teatrının Teatrının aktrisası "Öpücük" tamaşasındakı roluna görə)

5.ƏN YAXŞI İKİNCİ DƏRƏCƏLİ AKTYOR İFASI: Cevat Özalp (T.C. Dənizli Böyükşəhər Bələdiyyə Teatrının aktyoru "39 pillə" tamaşasındakı roluna görə)

6. ƏN YAXŞI İKİNCİ DƏRƏCƏLİ AKTRİSA: T.C. Sarıyer Bələdiyyə Teatrının aktrisası ("Katakulli" tamaşasındakı roluna görə.)

7. EMİN OLCAY adına ƏN GƏNC VƏ İSTEDADLI AKTYOR: Fərhad Quluzadə (ADMİU-nun tələbəsi "BOKSÇU" tamaşasındakı roluna görə) və Oğuzxan Çıplakoğlu (T.C. Böyükşəhər Bələdiyyə Teatrının aktyoru "39 pillə" tamaşasındakı roluna görə.)

8.HAYAT OLCAY adına ƏN YAXŞI GƏNC VƏ İSTEDADLI AKTRİSA: İstanbul Cihangir Atölye Teatrının "Lyuks həyat" tamaşasının gənc aktrisaları.

9.ƏN YAXŞI SƏHNƏ TƏRTİBATI : "Bu gün nə yazsam" tamaşası T.C.Urla Bələdiyyəsinin "Torpaq səhnə Teatrı"

10. ƏN YAXŞI GEYİM: "Dədımin arzusu" Özbəkistan Qaşqadərya Dövlət Teatrı.

Hadisə