Çərşənbə axşamı 22 Oktyabr 2019

Mədəniyyət

Əbülfəs Qarayev: 'Birinci vitse-prezidentin göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasında təmir-bərpa işləri aparılır'

Sənubər Qocayeva - 18/09/2019

"Hazırda Heydər Əliyev Fondu tərəfindən, şəxsən Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasında təmir-bərpa işləri aparılır". Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Şuşa Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı ilə əlaqədar olaraq, keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, teatr binası istifadəyə veriləndən sonra Mədəniyyət Nazirliyi tərəfindən orada yeni layihələr təqdim olunacaq: "Mən orada görülən işlərlər tanış olmuşam. Gəncə Dövlət Dram Teatrının çox möhtəşəm bir binası olacaq. Bununla da bizim Gəncədə yeni bir teatr binamız istifadəyə veriləcək. Bunlar hamısı zəruri və lazımlı addımlardır. Bundan sonra biz yeni layihələrlə çıxış edəcəyik".

Hadisə