Çərşənbə axşamı 22 Oktyabr 2019

Cəmiyyət

Gəncədə Qafqaz Türk İslam Ordusunun Azərbaycana köməyə gəlməsinin 101-ci ildönümü keçirilib

Sənubər Göyüşqızı - 15/09/2019

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 101-ci ildönümü qeyd edilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Qənirə Paşayeva, Pərvin Kərimzadə, araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi Vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken nəşriyyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık və digərləri iştirak edib.

Tədbir Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Türkiyənin Gəncədə Baş konsulu Zəki Öztürk iştirakçılarını salamlayaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz Türk İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. O,  Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın Gəncəyə gələrək özü ilə bir sevinc gətirdiyini bildirib. Zəki Öztürk: "Hətta işğal altında çəkdiyi zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını belə ifadə etmişdilər:

"Qatar gəlib yan verir,
Gəncəliyə şan verir.
Gəncənin cavanları,
“Bakı!” deyə can verir."

Konsul bildirib ki, Qafqaz İslam Ordusunun Azərbaycanın o ağır vaxtında ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi . Zeki Öztürk qeyd edib ki, Nuru Paşanın  ilk amalı Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət olub. Konsul Nuru paşanın və Qafqaz İslam Ordusunun Gəncəyə, daha sonra isə Bakıya gəlişinin azərbaycanlılar arasında böyük həyəcana, böyük bir ümidə səbəb olduğunu qeyd edib. Dostluq, qardaşlıq münasibətlərinin üzərindən illər keçsə də, davam edəcəyini bildirən konsul, bundan sonra bu münasibətlərin daha da güclənəcəyini bildirib. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova tədbir iştirakçılarına 1918-ci ildə erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən söhbət açıb. O, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, nəticədə ölkəmizin düşməndən azad edildiyini söyləyib.  Vəfa Abbasova bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. 

Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O, Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusununu daim ehtiramla xatırlandığını qeyd edib. Millət vəkili Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, öz köməyini əsirgəməyən Osmanlı Türkiyəsinin 1918-ci ilin avqust-sentyabr aylarında tarixi vəzifəsini şərəflə yerinə yetirməsindən bəhs edib. 

Millət vəkili Pərvin Kərimzadə çıxışında sentyabrın 15-nin böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti olduğunu qeyd edib. Millət vəkili bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edilib, Azərbaycan Xalq Cümhuriyyəti quruub. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər - ərazi və əhali mövcud idi.Ölkənin müvəqqəti paytaxtı Gəncə elan edilib. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhərini azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Bu məqamda qardaş Osmanlı dövləti köməyə yetişdiyini bildirən Pərvin Kərimzadə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun öz tarixi vəzifəsini şərəflə yerinə yetirdiyini söyləyib.

Türkiyədən olan qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi Vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken nəşriyyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık və başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə foto çəkdirilib. 

Rəsmi hissədən sonra qonaqlar Azərbaycan Xalq Cumhuriyyəti muzeyi ilə tanış olublar, Cavad Xanın məqbərəsini ziyarət ediblər.

Photogallery

70618042 2401667070076519 1005608571645198336 N 69909726 2119517018357737 610682278623838208 N 70747389 685335828614721 2281126997138604032 N 71206642 713458795797331 699352651543871488 N 70715659 2390804821178490 1760011103217123328 N 70353444 2332213927032266 3292083477377187840 N

Hadisə