Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

'Azərsu' ASC-nin rəhbərliyi Gəncə vətəndaşlarını qəbul edəcək

GanjaNews - 12/09/2019

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sentyabrın 18-də Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

ASC-dən bildirilib ki, sentyabrın 19-da “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Sentyabrın 20-də isə ASC sədrinin müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Gəncə şəhəri Heydər Əliyev Mərkəzində, Göygöl və Naftalan sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Gəncə, Samux, Göygöl, Daşkəsən, Naftalan, Goranboy, Kəlbəcər və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “office@azersu.az” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Hadisə

Cəmiyyət