Çərşənbə axşamı 12 Noyabr 2019

Təhsil

Müəllimlərin yeni aylıq vəzifə maaşları məlum olub

Sənubər Qocayeva - 11/09/2019

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni aylıq vəzifə maaşları məlum olub.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni aylıq vəzifə maaşları aşağıdakı kimidir:

-si Təhsili Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqda pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda pedaqoji staj 8

 

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda pedaqoji staj 18 ildən çox olduqda
1. Ali təhsilli 460 495 520 555 595
2. Orta ixtisas təhsilli 420 445 460 490 510

Qeyd edək ki, bundan əvvəl dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları belə olub:

 

Sıra

 

-si

Təhsili Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqda pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda pedaqoji staj 8

 

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda pedaqoji staj 18 ildən çox olduqda
1. Ali təhsilli 385 413 435 462 495
2. Orta ixtisas təhsilli 352 369 385 407 424

Hadisə