Şənbə 19 Oktyabr 2019

Siyasət

Millət vəkili Naqif Həmzəyev Çin Xalq Respublikasında səfərdədir

Sənubər Qocayeva - 11/09/2019

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti partiya ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibətilə Çin Xalq Respublikasında səfərdədir. Millət vəkili,Çin Parlament Dostluq Qrupunun üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev nümayəndə heyətinin tərkibinə daxildir.

Xatırladaq ki, YAP nümayəndə heyəti sentyabrın 11-də ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departamentinin rəis müavini Van Minlə görüşüb. Görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

Öz növbəsində, xanım Van Min Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin Çində böyük maraq doğurduğunu, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Photogallery

71109051 2513893585546256 7915195023639969792 N

Hadisə