Şənbə 23 Noyabr 2019

Cəmiyyət

“Hərbiyyə -101” düşərgəsi başa çatıb

Sənubər Qocayeva - 11/09/2019

“Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə birlik komandiri, general-mayor Mayis Bərxudarov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və digər qonaqlar iştirak ediblər.

Mərasimdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, sentyabrın 5-dən 10-dək keçirilən və Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş düşərgə “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Photogallery

15681873092795951559 1000x669 15681873096380110652 1000x669 1568187309471749865 1000x669 15681873091460833608 1000x669

Ən çox oxunan

Hadisə