Çərşənbə günü 18 Sentyabr 2019

Təhsil

Gəncə məktəbinin yetirməsi Prezident təqaüdçüsü oldu

Sənubər Qocayeva - 10/09/2019

Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin yetirməsi Dilarə Hüseynova Prezident təqaüdünə layiq görülüb.

Hüseynova Dilarə Səbuhi qızı 2002-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 2008-ci ildə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2019-cu ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. Bu il Gəncə şəhəri üzrə ən yüksək bal toplayaraq Azərbaycan Tibb Unversitetinin müalicə işinə daxil olan Dilarə Hüseynovanın əsas hədəfi beyin cərrahı olmaqdır. Dilarə asudə vaxtlarında musiqi dinləyir, bədii kitablar oxuyur.  Hobbisi gitarda ifa etməkdir. Onun sevimli rəqəmi 7, sevimli rəngi isə səma rəngidir. Dilarə Hüseynvanın ən böyük arzusu Botanika bağı yaratmaq və dünya turuna çıxmaqdır. 

Ganjanews.az saytının kollektivi adından biz də gələcəyin cərrahını təbrik edir, ona müvəffəqiyyətlər arzu edirik. 

Photogallery

211da5f1 18f3 4591 Af68 7790d1cd797a De0831e0 934b 41b2 B37f Ddb42c4882ae E0629ba5 2aa3 44cb Ba59 7d52c25213b5

Hadisə

Cəmiyyət