Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

DİN: Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir

GanjaNews - 10/09/2019

Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.

Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri erinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. 

DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu barədə məlumatlandırılıb. 

Sonda polis əməkdaşları könüllü, qanvermə aksiyasında iştirak ediblər.

"Report"

Photogallery

777e68f9 4f47 4a17 Bf82 9a9345d3002f 587891bc Bc67 4ad0 98a7 D39cb9eb7a2d D670e9d3 E684 4937 9904 Bc23ca8b4594 9c42bb98 4c24 4dd7 B4c1 00ab0950cc3c 681860f8 9dfb 41b6 B79f E89d438ae4ff

Hadisə

Cəmiyyət