Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

Gəncənin “Xan bağı”nda ağaclar budanıb, tamamilə qurumuş ağaclar kəsilib

Gülnar Fazilqızı - 09/09/2019

“Xan bağı”nda olan ağacların qurumuş budaqları kəsilib, ərazidə təmizlik işləri aparılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Xan bağı” mədəniyyət və istirahət parkına baş çəkib. Şəhər rəhbəri buradakı vəziyyətlə tanış olub, müvafiq göstərişlər verib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi park ərazisində birgə monitorinq keçirib. Bunun nəticəsi olaraq 70-ə yaxın ağacın budanmasına və 7 ədəd müxtəlif növ  çoxillik, tamamilə qurumuş ağacın kəsilməsinə qərar verilib. Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilən tədbirlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin çox sayda canlı qüvvəsi və texnikası cəlb olunub. İki gün davam edən profilaktik tədbirlər nəticəsində kəsilərək zərərsizləşdirilən ağacların yerinə  Gəncənin simvolu hesab olunan Xan çinarlar əkiləcək. 

Niyazi Bayramov, “Xan bağı”ndakı ağac və gül kollarının mütəmadi şəkildə suvarılması, burada gündəlik olaraq təmizlik işlərinin aparılması, ərazidə yeni zibil qutuları, habelə oturacaqların quraşdırılması istiqamətində göstərişlər verib.

 

 

Photogallery

+G72A0032 +G72A0038 +G72A0029 +G72A0031

Hadisə

Cəmiyyət