Çərşənbə günü 18 Sentyabr 2019

Təhsil

ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində iştirak etdiyi təcrübə proqramını uğurla başa vurub

Surxay Məmmədzadə - 06/09/2019

Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edib.

Bir ay davam edən təcrübə proqramı çərçivəsində ADAU-nun Aqrar İnkişaf Könüllüləri - Nərmin Yusifova, Ruslan Vəliyev, Ağgül Əhmədova, Valeh Əsədov və Orxan Muradzadə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq olaraq Torpaqdan istifadəyə nəzarət, Fermerlər, Assosiasiyalar və Koopertivlərlə iş, İctimaiyyətlə əlaqələr və informasiya təminatı, İnsan resurslarının idarə edilməsi, Bitkiçiliyin təşkili və monitorinqi şöbələrində təcrübə keçdilər.

Təcrübə proqramının əsas məqsədi tələbələri Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipi ilə yaxından tanış etmək, onlara aqrar sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermək, eləcə də sənədlərin düzgün tərtib edilməsi və göndərilməsi ilə bağlı bacarıqları formalaşdırmaq idi.

Qeyd edək ki, bu proqram tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə aqrar sahədə çalışmaq arzusunda olanlara verilən növbəti dövlət dəstəyinin bariz nümunəsidir.

Hadisə

Cəmiyyət