Cümə axşamı 21 Noyabr 2019

İdman

8 yaşlı istedadlı şahmatçı ilə görüş keçirilib

Sənubər Göyüşqızı - 05/09/2019

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində qitə birinciliyində gümüş medalın sahibi olan 8 yaşlı istedadlı şahmatçı Səadət Bəşirli ilə görüş keçirilib. Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, məktəbin direktoru Asif Həsənov, şəhərin idman ictimaiyyəti və 8 yaşlı şahmatçının valideynləri iştirak ediblər.

Müşfiq Cəfərov balaca şahmatçını və onun valideynlərini əldə etdiyi qələbə münasibətilə təbrik edib, gələcək fəaliyyətində Səadət Bəşirliyə uğurlar diləyib.

Asif Həsənov bildirib ki, bu gün dövlət başçısı İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğını balaca Səadətin əldə etdiyi uğurların timsalında görə bilərik. Bu yaşda Səadətin əldə etdiyi qələbə valideynləri ilə yanaşı bizi də çox sevindirib.

Səmimi keçən görüşdə balaca Səadət əldə etdiyi uğurlardan danışıb.

Məlumat üçün bildirək ki, Səadət Bəçirli Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında Avropa çempionatında gümüş medalın sahibi olub. 8 yaşlı istedadlı şahmatçı özündə böyüklərlə mübarizə aparıb.

Photogallery

69419299 2956600341231140 4697342896263659520 N 69643717 2956601114564396 8545878393730629632 N 69762754 2956600524564455 111231359384551424 N 69286155 2956600831231091 7985173131952128 N 70187927 2956600364564471 6237787317029830656 N

Hadisə

Təhsil