Çərşənbə günü 18 Sentyabr 2019

Sosial

Gəncədə yolların təmiri sürətlə davam edir

Gülnar Fazilqızı - 03/09/2019

Gəncədə prospekt və küçələrin asfaltlanma işləri davam edir. Şəhərdə su və kanalizasiya xətlərinin yenilənməsi zamanı qazılan küçələrdən Nəriman Nərimanov, eləcə də Gülüstan qəsəbəsində olan ara küçələrdə yol yenilənir. Eni 9 metr, uzunluğu 1 km olan Dədə Qorqud küçəsində isə asfalt örtüyünün alt qatı salınıb.

Ərazidə köhnə asfalt örtüyü çıxarılıb. Həmçinin paralel olaraq küçənin hərəkət zolağının sağ və sol hissələrində eni 1-2 metr olan piyadaların hərəkət etdiyi səki də asfaltlanır. İşləri “Gəncə Körpü Tikinti” ASC-nin 20 ağır texnikası, eləcə də 60-a yaxın canlı qüvvəsi həyata keçirir. Küçənin asfaltlanması işi 1 həftəyə tam başa çatacaq. Paralel olaraq yol kənarlarıda abadlaşdırılır, küçələrin işıqlandırılması üçün müasir sistem quraşdırılır.

Sahə rəisi Ceyhun Bediyev  hazırda İsmət Qayıbov küçəsində təmir işləri davam edir. "Burada 500 metr ərazidə asfalt örtyü yenilənib.  Nərimanovda iisə su kanalzasiya xəttinin çəkilişinin yekunlaşdığı yerlərə də asfaltın alt qatı qoyulub. Daha sonra üst qatı çəkiləcək.  Orada həmçinin səki daşları yenilənir"-deyə sahə rəissi əlavə edib. 

Hadisə

Cəmiyyət