Bazar günü 13 Oktyabr 2019

Sosial

Gəncədə tikilən İdman sarayı 2021-ci ilin sonuna qədər istifadəyə veriləcək

Sənubər Qocayeva - 03/09/2019

Gəncədə İdman sarayının tikintisinə ötən ilin martında başlanılıb. Ölkə prezidentinin imzaladığı sərəncam əsasında inşa edilən tikili 3 hektara yaxın ərazini əhatə edir. Sarayda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq. Regionun ən böyük idman sarayının 2021-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

İş icraçısı Elman Rəhimov bildirib ki, hazırda sarayın 3-cü mərtəbəsində dəmir beton işləri görülür. "İşləri vaxıtndan əvvəl təhvil verməyi planlaşdırırıq. Burada yüksək keyfiyyətli materiallardan istifadə olunur. İşin keyfiyyətinə həm fövqəladə hallar nazirliyi həm də layihə rəhbərləri daim nəzarət edirlər"-deyə icraçı əlavə edib.

Ölkənin idman ictimayətinə hər zaman böyük idmançılar bəxş edən Gəncədə yeni idman sarayının tikintisi bu sahənin inkişafına daha da təkan verəcək və yeni naliyyətlərin əldə olmasına imkan yaradacaq.

Photogallery

G72A9983 G72A9984 G72A9982

Hadisə