Cümə axşamı 21 Noyabr 2019

Sosial

Dövlətimizin bizə olan diqqət və qayğısını artıq hər sahədə görürük

Sənubər Qocayeva - 29/08/2019

Dünən səhəri məni sevindirən bir telefon zəngi ilə açdım. Zəngdə mənə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yaşadığım binanın dam örtüyünün dəyişdirilməsinə başlanılması xəbəri verildi.

Həmçinin tək bizim evin deyil, ərazidə olan digər yaşayış binalarınında dam örtüklərinin dəyişdirilməsini eşitmək bir Gəncə gənci kimi məni çox sevindirdi. 

Bu gün biz Dövlətimizin diqqət və qaygısını artıq hər bir sahədə görürük, Dövlət siyasətinin ən başında Azərbaycan vətəndaşının rifahı durur. Məhz bunun nəticəsində də Dövlət siyasəti uğurla dəstəklənir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq Gəncədə 148 çoxmərtəbəli binanın dam örtüyü dəyişdiriləcək.

Ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamış, zəngin keçmişi olan Gəncə şəhəri öz qədimliyini və tarixiliyini qorumaqla Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Şəhərin özünəməxsus zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm işlər görülmüş, o cümlədən Gəncə Dövlət Filarmoniyasının ən müasir tələblərə cavab verən yeni binası tikilmiş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksi bərpa olunmuş, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Müasir İncəsənət muzeyləri, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi – Abidə Kompleksi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara uyğun mehmanxanalar inşa edilmiş, Gəncə çayı sahilində bulvar salınmışdır.Bununla yanaşı, şəhərdə bir sıra sosialyönümlü infrastruktur layihələri də həyata keçirilmiş, o cümlədən Beynəlxalq Hava Limanı, 1 nömrəli şəhər xəstəxanası yenidən qurulmuş, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Kompleksi, “ASAN xidmət” Mərkəzi, Gənclər və Uşaq Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 299 mənzilli 5 yaşayış binası, təhsil ocaqları və digər obyektlər inşa edilmiş, çoxsaylı yaşayış binaları əsaslı təmir olunmuş, yeni elektrik yarımstansiyaları istifadəyə verilmiş, iri sənaye müəssisələri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7,0 (yeddi) milyon manat, o cümlədən 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5,0 (beş) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti

Hadisə