Cümə axşamı 21 Noyabr 2019

QHT

Gəncə şəhərində “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb

Surxay Məmmədzadə - 28/08/2019

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maiyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncə şəhərində “Ahıllar üçün günərzi qaygı mərkəzi” yaradılıb.

Layihənin əsas məqsədi Gəncə şəhərində Ahıllar üçün günərzi qaygı mərkəzinin fəaliyyətinin təmin edilməsi, həmin şəxslərə  gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, maraq və qabiliyyətlərini nəzərə almaqla müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və asudə vaxtlarının təşkili və bunlarla bağlı müxtəlif tədbirlərin təşkil edilməsidir. Bununla yanaşı çətin həyat şəraitində olan ahıllar mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılacaq və  və onların sosial xidmətlərə çıxışı  təmin ediləcəkdir.

Layihə 5 aylıq bir dövrü əhatə edəcəkdir.

Hadisə