Cümə axşamı 14 Noyabr 2019

Mədəniyyət

Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub

Sənubər Qocayeva - 26/08/2019

Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə təşkil olunan konsertdə Azərbaycan mədəniyyəti təbliğ edilib.

Bir çox xarici ölkələrin şəhər merlərinin, dövlət administrasiya rəhbərlərinin və diplomatik nümayəndəliklərin qatıldığı tədbirdə çıxış edən müğənni Vaqif Nağıyev göstərdikləri dəstəyə görə Xarkov şəhər meriyası və Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.

Sonra V.Nağıyevin ifasında Azərbaycan və Ukraynanın estrada mahnıları səsləndirilib. Onun ifası alqışlarla qarşılanıb.

Daha sonra konsert digər ölkələrin müğənnilərinin ifası ilə davam etdirilib.

Hadisə