Çərşənbə günü 18 Sentyabr 2019

İdman

Gəncədə “Sevinc” kuboku uğrunda mini futbol turniri başa çatıb

Sənubər Göyüşqızı - 22/08/2019

Gəncədə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilən mini futbol üzrə məhəllələrarası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda şəhər birinciliyi yekunlaşıb.

Şəhər Gənclər və İdman Baş İdarəsindən bildiriblər ki, gərgin keçən final qarşılaşmasında “Gəncə” komandası “Qarabağ-1” üzərində 5:2 hesablı qələbə qazanıb.

Yarışda 160-ya yaxın idmançı iştirak edib. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Gəncə” komandası birinci, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin “Qarabağ-1” komandası ikinci, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin “Çinar” komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.

Photogallery

68588490 356332321970467 6907414250809982976 N 69452549 931498607184375 6667145886121852928 N 69270420 662558577559591 1436513822885019648 N

Hadisə

Cəmiyyət