Çərşənbə günü 18 Sentyabr 2019

Elm

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboyda kurqanları tədqiq edir

Surxay Məmmədzadə - 22/08/2019

Gəncə və Goranboy ərazisində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb. Beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən rəhbəri Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin dini tədqiqatlar departamentinin müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir.

Beynəlxalq ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilən ilk tunc dövrünə aid kurqanların ilkin tədqiqatını aparıb. Bu il hər iki abidədə tədqiqatlar davam etdirilir.

Photogallery

15663698015116921006 1000x669

Hadisə

Cəmiyyət