Çərşənbə günü 18 Sentyabr 2019

Təhsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

Sənubər Göyüşqızı - 16/08/2019

Avqustun 19-dan 23-dək müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Bu mərhələdə vakant yer tutmuş 3 min 728 nəfərin iştirakı gözlənilir.

Təhsil Nazirliyindən bildiriblər ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər https://miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdiriləcək.

Hadisə

Cəmiyyət