Cümə axşamı 21 Noyabr 2019

Təhsil

ADAU-da sənəd qəbulu başlayıb

Surxay Məmmədzadə - 16/08/2019

Bu gündən 2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Ali təhsil ocağına yeni tədris ili üçün ilk qeydiyyatdan keçən Universitetin Aqrobiznes və idarəetmə fakültəsinə daxil olan Əliyev Orxan Paşa oğlunu Tədris işləri üzrə prorektor Anar Hətəmov təbrik edərək, uğurlar arzulayıb.

Qeyd edək ki, abituriyentlər avqustun 27-dək müvafiq sənədləri universitetin baş binasında yerləşən Qeydiyyat şöbəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Photogallery

67917491 2462203387205935 5466899902111940608 N 68623405 2462203193872621 6676354862940160000 N 68932727 2462203220539285 3447476042686529536 N

Hadisə

Təhsil