Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

Niyazi Bayramov Hacıkənd qəsəbəsində növbəti dəfə səyyar qəbul keçirib

Sənubər Qocayeva - 16/08/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov Hacıkənd qəsəbəsinin sakinlərinin problemlərini dinləyiblər.

Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, hazırda Gəncədə abadlıq quruculuq işləri davam etməkdədir, həmçinin yolların asfalt örtüyü yenilənir və müasir gecə işıqlandırılması qurulur. Gəncədə icra olunan şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində də işlər davam etdirilir. Həmçinin şəhər rəhbəri bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir.

Vəfadar Bağırov çıxış edərək bildirib ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun şəkildə mütəmadi olaraq keçirilir. O, bu qəbildən olan tədbirlərin davamlı olaraq keçiriləcəyini sakinlərin nəzərinə çatdırıb.

“Açıq mikrofon” şəraitində keçən səyyar qəbulda sakinlər Hacıkənd qəsəbəsində aparılan abadlıq-quruculuq, yolların təmir  işlərinə görə Prezident İlham Əliyevə və şəhər rəhbərinə təşəkkürlərini bildiriblər. İşlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, sənədsiz ev və təssərüfatların rəsmiləşdirilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  qəsəbədə olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Photogallery

PS2A9859 PS2A9892 PS2A9867 PS2A9891

Hadisə

Cəmiyyət