Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

AQTA-nın əməkdaşları “Xan bağı”nda monitorinqlər həyata keçirir

Sənubər Qocayeva - 16/08/2019

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fitosanitar müşahidələri davam etdirir. AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib.

Monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda irigövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.

Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş irigövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, irigövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub.

Sözügedən parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlər həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumatlar verilib.

Photogallery

8f7df58d C082 42bc 8ac4 Fb46159187ab

Hadisə

Cəmiyyət