Çərşənbə günü 18 Sentyabr 2019

Siyasət

Xanlar Fətiyev: 'YAP hər bir seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır'

Sənubər Qocayeva - 15/08/2019

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən iqtisadi, sosial layihələr nəticəsində xalq iqtidara inanır və etibar edir".

"Təkcə 2019-cu ildə əhalinin maddı və iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən xeyli sayda yeni sərəncam və fərmanlar imzalanıb. Ümidvaram ki, bu xalq-iqtidar vəhdəti bu ilin dekabr ayında keçiriləcək bələdiyyə və 2020-ci ildə Milli Məclisə seçkilərdə özünü bariz nümayiş etdirəcək”.

Bu açıqlamanı Milli Məclisin üzvü Xanlar Fətiyev verib. Deputatın sözlərinə görə  Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində YAP təxminən 18 000-ə yaxın namizəd irəli sürəcək. Təbii ki onların seçilməsi və müəyyənləşdirilməsi üçün artıq dairələr üzrə  bütün şəhər və rayonlarda işlər aparılır.

“Bələdiyyələr yerli özünüidarə etmə orqanı kimi demokratik cəmiyyətin bir hissəsi olduğunu nəzərə alsaq qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Patriyası  hakim partiya olaraq buna çox böyük önəm verir və hər bir seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır” deyə millət vəkili əlavə edib.

 

Hadisə

Cəmiyyət