Çərşənbə günü 18 Sentyabr 2019

İdman

“Kəpəz” yeni mövsümə hazırlaşır

Sənubər Qocayeva - 15/08/2019

“Kəpəz” yeni mövsümlə bağlı hazırlığı davam etdirir. Komanda təlim-məşq toplanışının ilk hissəsini Gəncə şəhər stadionunda keçirib. Bir həftəlik toplanışın yekununda məşqçilər korpusu futbolçuları ikitərəfli oyunda sınaqdan keçirib.

Oyunçular iki yerə bölünərək şərti olaraq “qırmızı” və “yaşıl” komandalara ayrılıblar. Fasilə müddətində və oyundan sonra baş məşqçi Yaşar Vahabzadə yetirmələrinə müvafiq tapşırıqlarını verib.

"Sarı-göylər” hazırlığın ikinci mərhələsi üçün Bakıya yollanıb. Komanda bu gündən paytaxtda məşqlərə başlayacaq. Gəncə klubu hazırlığı “Dalğa Arena”da keçirəcək.

Bakı toplanışında məşqçiləri yeni futbolçuları da sınaqdan keçirəcək.

“Kəpəz” avqustun 20-nə kimi Bakıda qalacaq.

Photogallery

67653454 2608651912492079 1735228557803651072 N 67765344 2608651732492097 7773359398046400512 N 68433207 2608651525825451 6643278022713540608 N

Hadisə

Cəmiyyət